Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 98 yeni yoluxma – FOTO

  • SpaceTV
  • 22 Sentyabr 2020 15:52

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı 1851 nəfərdir.

Ölkədə son sutka ərzində 6672 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun