Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 188 yeni yoluxma – FOTO

  • Space TV
  • 29 Avqust 2020 17:28

Azərbaycanda koronavirus infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər veri ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6384 test aparılıb.

Aktiv xəstə sayı isə 2069 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun