Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 162 yeni yoluxma – FOTO

  • Space TV
  • 21 Avqust 2020 17:18

Azərbaycanda koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5986 test aparılıb.

Aktiv xəstə sayı isə 1727 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun