Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 146 yeni yoluxma – FOTO

  • SpaceTV
  • 23 Sentyabr 2020 17:23

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan Spacetv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Aktiv xəstə sayı 1822 nəfərdir.

Ölkədə son sutka ərzində 8780 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun