Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 135 yeni yoluxma – FOTO

  • Space TV
  • 30 Avqust 2020 20:31

Azərbaycanda koronavirus infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6137 test aparılıb.

Aktiv xəstə sayı isə 2075 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun