Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 108 yeni yoluxma – FOTO

  • SpaceTV
  • 26 Sentyabr 2020 16:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, u barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7965, ötən müddət ərzində isə ümumilikdə 1 095 543 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun