Azərbaycanda daha bir yol yenidən quruldu – FOTO

  • Space TV
  • 3 Fevral 2021 16:11

Qobustan rayonunun Ərəbqədim-Göydərə avtomobil yolu yenidən qurulub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yolda yenidənqurma işləri yekunlaşdırılıb.

Yeni yol iki mindən artıq əhalinin yaşadığı iki yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Paylaş

 Xəbəriniz olsun