Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü – RƏSMİ

  • SpaceTV
  • 8 İyul 2020 14:22

“Azərsu” ASC-nin Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan vəfat edib.

space tv  xəbər verir ki, ölkədə koronavirus pandemiyasına görə yaşı 65 yuxarı olan şəxslərin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Q.Abbasov məzuniyyətdə olub. 

Koronavirusa yoluxan Q.Abbasov bir müddətdir ki, müalicə alırdı. Lakin aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı space tv-a təsdiq edib. 

Paylaş

 Xəbəriniz olsun