Azərbaycanda daha bir tələbə zəhərləndi

  • Space TV
  • 25 Noyabr 2019 11:00

Şəkidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi dərmandan zəhərlənib.

SPACE TV-in məlumatına görə, noyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Aytac Zülfüqar qızı Əhmədova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 19 yaşlı A.Əhmədovanın dərmandan zəhərlənməsi məlum olub. A.Əhmədovya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Qeyd edək ki, A.Əhmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 3-cü kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun