Azərbaycanda daha bir qadına qarşı vəhşilik: Ata bağlayıb sürüdülər

  • SpaceTV
  • 10 Oktyabr 2019 11:33

Goranboy rayonunda qonşular arasında dava olub.

SPACE TV xəbər verir ki, hadisə Xanqərvənd kəndində qeydə alınıb. 

Kənd sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Sahilə Məzahir qızının qonşularla arasında yaranan mübahisə davaya çevrilib. Belə ki, qəzəbli qonşular onu döydükdən sonra ata bağlayıb sürüyüb. 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.

Goranboy Rayonu Mərkəzi Xəstəxanasından verilən məlumata görə, S.Ələkbərovanın vəziyyəti ağırdır. 

Paylaş

 Xəbəriniz olsun