Azərbaycanda daha bir qadağa ləğv olundu

  • SpaceTV
  • 2 İyun 2020 12:36

Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

SPACE TV xəbər verir ki, bununla bağlı Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib. Türkiyə hökuməti bu qərarı yaxın günlərdə təsdiqləyəcək

Bu barədə REAL-a Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım danışıb.

Paylaş

 Xəbəriniz olsun