Azərbaycanda daha bir qadağa LƏĞV EDİLDİ – Koronavirusla bağlı…

  • Space TV
  • 9 İyun 2020 12:12

AFF-dan verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar martda yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub.

SPACE TV  xəbər verir ki, qərara alınıb ki, Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) – qalib elan olunsun.

Yüksək Liqa ilə bağlı məsələyə isə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla, növbəti həftələrdə baxılacaq.

Paylaş

 Xəbəriniz olsun