Azərbaycanda daha bir nəfər saxta içkidən zəhərlənərək öldü

  • Space TV
  • 4 Yanvar 2020 17:41

Bakıda ölüm hadisəsi baş verib.

SPACE TV -in məlumatına görə, hadisə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzində qeydə alınıb.

Dekabrın 29-da Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bünyatov Pərviz Şiraslan oğlu zəhərlənmə diaqnozu ilə KTM-nin Toksikologiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, P.Bünyatovun həyatı xilas etmək mümkün olmayıb. O, bu gün günorta saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, P.Bünyadov restoranların birində viski içdikdən sonra halı pisləşib və xəstəxanaya aparılıb.

Paylaş

 Xəbəriniz olsun