Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 152 yeni yoluxma – FOTO

  • Space TV
  • 24 Avqust 2020 17:13

Azərbaycanda koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4890 test aparılıb.

Aktiv xəstə sayı isə 1803 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun