Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

  • SpaceTV
  • 3 İyul 2020 12:23

Azərbaycanda daha bir həkim koronavirusdan ölüb.

space tv-ın məlumatına görə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı həkim-bronxoloqu, bu tibbi müəssisənin sabiq direktoru Faiq Ağayev ötən gecə koronavirusa görə müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında vəfat edib.

ATU-dan saytımıza məlumatı təsdiqləyiblər.

Bildirilib ki, Ağayev Faiq Firuddin oğlu klinikaya 26 iyunda daxil olmuşdu:

“Xəstə 3 iyul, saat 03:00-da vəfat edib. Xəstənin COVID-19, ikitərəfli pnevmoniya, eyni zamanda, kəskin ürək-ağciyər çatışmazlığı, ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığı, hipertoniya xəstəlikləri olub”.

Paylaş

 Xəbəriniz olsun