Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib

  • SpaceTV
  • 25 Oktyabr 2020 21:32

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan spacetv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 49959 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 41279 nəfər müalicə olunaraq sağalıb, 671 nəfər vəfat edib, aktiv xəstə sayı 8009 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10037, ötən müddət ərzində isə ümumilikdə 1291534 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun