Azərbaycanda daha 685 nəfərdə koronavirus aşkarlanıb

  • Space TV
  • 7 Yanvar 2021 16:36

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Spacetv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 27 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib. Hazırda 16 513 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915, bu günə qədər isə ümumilikdə 2 241 908 test icra olunub.

Paylaş

 Xəbəriniz olsun