Azərbaycanda daha 3 nəfər koronavirusdan SAĞALDI

  • Space TV
  • 14 Mart 2020 13:54

Koronavirus (COVİD-19)infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılıblar.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan SPACE TV -a bildirilib ki, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb.

Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Paylaş

 Xəbəriniz olsun