Azərbaycanda daha 25 nəfər koronavirusdan öldü: 2239 yeni yoluxma – FOTO

  • Space TV
  • 18 Noyabr 2020 15:04

Azərbaycanda koronavirusa (COVID-19) 2239 yeni yoluxma faktı qeydə alınıb, 1217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 25 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 22256  nəfərdir.

Ölkədə son sutka ərzində 13134, hazırkı dövrədək isə 1549568 test aparılıb.

Ümumi ölənlərin sayı 1030 nəfərdir.

Ümumi yoluxanların sayı 81397 nəfər, ümumi sağalanların sayı 58111 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun