Azərbaycanda daha 193 yeni yoluxma faktı qeydə alınıb

  • Space TV
  • 19 Fevral 2021 15:08

Azərbaycanda bu gün koronavirus infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Spacetv.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 829nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 472nəfər müalicə olunaraq sağalıb, 3 193 nəfər vəfat edib. Hazırda 2 164aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 215, bu günə qədər isə ümumilikdə 2 535 825test icra olunub.

Paylaş

 Xəbəriniz olsun