Azərbaycanda dəhşətli qəza: Maşın beton lövhəyə çırpıldı, yasa gedənlər öldü

  • Space TV
  • 27 Dekabr 2019 10:59

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

SPACE TV- in məlumatına görə, hadisə Şirvanın girişində qeydə alınıb.

“Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb. 

Qəza nəticəsində dörd nəfər ölüb. Ölənlərin üçü qadın, biri kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gəliblərmiş. 

Paylaş

 Xəbəriniz olsun