Azərbaycanda dəhşətli qəza – Bir neçə avtomobil piyadanın üstündən keçdi

  • SpaceTV
  • 22 Yanvar 2020 11:50

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

SPACE TV xəbər verir ki, hadisə 21:00 radələrində Bakı-Qazax magistral yolunun Qarasu və Padar kəndləri arasında baş verib. Avtomobillərin qarşısına çıxan hələlik kimliyi məlum olmayan piyadanı “Ford” markalı yük avtomobili vurub. Daha sonra arxadan gələn bir neçə maşın onun üstündən keçib.

Vurulan piyada tanınmaz hala düşüb. Onun meyiti məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun