Azərbaycanda dəhşətli hadisə: bu gün toyu olacaqdı, öldü

  • SpaceTV
  • 26 Noyabr 2019 13:41

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

SPACE TV  bildiriri ki, noyabrın 22-də gecə saatlarında Beyləqan rayon Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub. Gənc oğlan hadisə yerində ölüb.

Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndi ərazisində avtomobilin mühərriki sönüb, Oruc və maşındakı digər sərnişin maşını itələməyə başlayıblar. Gecə saatları olduğuna görə, arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub. Hadisə nəticəsində O.Zeynalov yerindəcə dünyasını dəyişib.

Orucun bu gün toyu olacaqdı. Ancaq dünən onun 3 mərasimi keçirilib.

Paylaş

 Xəbəriniz olsun