Azərbaycanda COVID-19-a qarşı ilk kimlər vaksinasiya olunacaq?

  • Space TV
  • 16 Dekabr 2020 16:12

Azərbaycanda ilkin olaraq koronavirusa qarşı vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb.

Spacetv.az  xəbər verir ki, bu barədə Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev məlumat verib.

O bildirib ki, ilk olaraq tibb sahəsində çalışanlar vaksinasiya olunacaq:

“Çünki onlar onlarla infeksiya ilə üzbəüzdürlər. Onların bu xəstəliyə yoluxma riskləri olduqca böyükdür. Daha sonra isə yaşı 65-dən çox olan şəxslər vaksinasiya olunacaq. Eyni zamanda müxtəlif xəstəliyi olan şəxslər də vaksinasiya ediləcək”.

O həmçinin qeyd edib ki, hamiləliyin bəlli bir müddətindən sonra hamilə qadınlar da vaksinasiya oluna bilər.

Paylaş

 Xəbəriniz olsun