Azərbaycanda COVID-19-a 1505 yeni yoluxma qeydə alınıb, 43 nəfər vəfat edib

  • Space TV
  • 21 Dekabr 2020 17:31

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 505 yeni yoluxma faktı qeydə alınıb, 3 028nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Spacetv.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383, bu günə qədər isə ümumilikdə 2 073 137 test icra olunub.

Paylaş

 Xəbəriniz olsun