Azərbaycanda bu universitetdən 35 tələbə xaric edildi

  • Space TV
  • 30 Dekabr 2019 10:42

Azərbaycan Tibb Universiteti 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.

SPACE TV-in məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurası qərar verib.

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019 -2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.

Paylaş

 Xəbəriniz olsun