Azərbaycanda bu qurumun 4 əməkdaşı koronavirusa

  • SpaceTV
  • 3 İyun 2020 15:14

Son 3 sutka ərzində aparılan testlərin nəticəsinə görə 4 dənizçinin analizi pozitiv olub.

SPACE TV xəbər verir ki, bunu “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib

Onun sözlərinə görə, həmin əməkdaşlar hazırda karantinə alınıb və özlərini yaxşı hiss edirlər. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri gəmiyə növbəyə getməzdən əvvəl təcrid proseduru əsasında yeni növ koronavirus (COVID-19) xəsətliyinə qarşı analizdən keçirlər.

Xatırladım ki, ASCO-da koronavirus pandemiyası ilə əlaqədar qabaqlayıcı tədbirlər 2020-ci ilin əvvəlindən görülür. Gəmilər və sahil obyektləri mütəmadi dezinfeksiya edilir, əməkdaşlar isə fərdi mühafizə, o cümlədən dezinfeksiyaedici məhlullarla təmin olunur. Hazırda ASCO-da iş öz ahəngi ilə davam edir, əməkdaşlar fəaliyyətlərini Nazırlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında həyata keçirirlər”.

Paylaş

 Xəbəriniz olsun