Azərbaycanda bu il bir nəfər 94 yaşında ailə qurdu

  • Space TV
  • 14 Sentyabr 2020 10:14

Cari ilin sentyabr ayının 1-dək qeydiyyat orqanları tərəfindən 23 min 533 nikah dövlət qeydiyyatına alınıb.

Spacetv.az xəbər verir ki, Ədliyyə Nazirliyindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu dövrdə nikaha daxil olan şəxslər 17-94 yaş aralığında olublar.

Nazirlikdən bildirilib ki, cari ilin sentyabrın 1-dək nikaha daxil olan ən cavan cütlük 17-20, ən yaşlı cütlük isə 56-94 yaşında olub.

Paylaş

 Xəbəriniz olsun