Azərbaycanda bir nəfər koronavirusdan öldü: 144 yeni yoluxma – FOTO

  • Space TV
  • 2 Oktyabr 2020 16:07

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan Spacetv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Aktiv xəstə sayı 1642 nəfərdir.

Ölkədə son sutka ərzində 5248, hazırkı dövrədək isə 1126538 test aparılıb.

Paylaş

 Xəbəriniz olsun