Azərbaycanda bir ilk. Yeni turizm sahəsi yaradılır.

  • Space TV
  • 28 Dekabr 2019 17:56

Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yeri tutur. Statistikaya görə, hazırda planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu  Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb.  Ölkədə Palçıq vulkanları kimya və tikinti sənayesi, həmçinin farmakologiya üçün xammal mənbəyidir.

Palçıq vulkanlarının üstünlüyü bununla da bitmir. Şöbə müdiri onu da əlavə etdi ki, palçıq vulkanları ölkəyə gələn bir çox turistin də  marağını cəlb edir.

Mövzyula bağlı Azərbaycan Dövlət Turizm Agentliyinin də mövqeyini öyrəndik. Qurum rəsmisi qeyd etdi ki…

İqtisadçı ekspertin sözlərinə görə palçıq  vulkanlardan səmərəli istifadə olunmasına qərarın verilməsi  Azərbaycanın iqtisadi mənafeyi baxımından gündəm daşıyır.

Bir çox sahələrdə olduğu kimi bu sahədə də görüləcək işlər həm ölkə büdcəsinə gəlir gətirəcək,  həm də turistlərin zövqünü oxşayacaq.

İlkin Həsənli SPACE TV

Paylaş

 Xəbəriniz olsun