Azərbaycanda benzinə tələbat azalıb

  • Space TV
  • 18 Dekabr 2019 13:55

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 800,8 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,7% azdır.

Dövlət Statistika Komitəsindən SPACE TV-ə verilən məlumata görə, neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri2019-cu ilin yanvar-noyabr aylarında istehsal edilibƏvvəlki ilin müvafiq dövrünə nisbətən, %
Avtomobil benzini, min ton1 041,997,5
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton222,8124,2
Ağ neft, min ton537,697
Dizel yanacağı, min ton1 911,2108,9
Yanacaq mazutu, min ton118,5127,8
Sürtkü yağları, min ton2118,4
Neft bitumu, min ton229,184
Neft koksu, min ton218,798
Paylaş

 Xəbəriniz olsun