Azərbaycanda bayram namazı qılınıb

  • SpaceTV
  • 31 İyul 2020 11:08

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.

space tv xəbər verir ki, bayram namazı məhdud sayda din xadminin iştirakı Bakının Binəqədi rayonunda yerləşən “Heydər” məscidində qılınıb.
Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il bayram namazı insanların kütləvi şəkildə məscidlərə toplaşması ilə gerçəkləşməyib.

Qeyd edək ki, iyulun 31-i və avqustun 1-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Paylaş

 Xəbəriniz olsun