Azərbaycanda banklar tərəfindən dollara tələb azalıb

  • Space TV
  • 16 Fevral 2021 13:45

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

Hərracda tələb 55 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1.7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, ilin əvvəlində dollara tələb yüksələrək 142.2 milyon ABŞ dollarına çatıb. Tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasından sonra növbəti hərraclarda dollara tələb tədricən azalıb.

Paylaş

 Xəbəriniz olsun