Azərbaycanda bələdiyyə seçkiləri keçirilir – Səsvermə başladı

  • Space TV
  • 23 Dekabr 2019 10:54

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

SPACE TV xəbər verir ki, səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Bələdiyyə seçkiləri ölkə üzrə 5049 məntəqəni əhatə edir. Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşdirilib və məntəqələrdən asılıb. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41 min 462 namizədin adı daxil edilib. Bundan əlavə, 5 milyon 20 min 287 seçki bülleteni çap olunub. Seçkilərdə 13 siyasi partiyanın üzvləri namizəd kimi qeydə alınıb.

Bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 52 min 636 nəfərdir. Həmçinin 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Azərbaycanda bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 23-ü qeyri-iş günüdür.

Paylaş

 Xəbəriniz olsun