Azərbaycanda azyaşlının çılpaq şəkillərini yayan şəxs tutuldu – RƏSMİ

  • SpaceTV
  • 21 Sentyabr 2020 13:29

Daxili İşlər Nazirliyi Neftçalada azyaşlı qızın çılpaq şəkillərinin yayılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən Spacetv.az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” səhifəsində status paylaşıb:

“Paylaşımda deyilir ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür”.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov bildirib ki, Vəfa Nağının iddiaları yalandır və qərəzdən irəli gəlir:

“O ki qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci və 156.1-ci maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.

Paylaş

 Xəbəriniz olsun