Azərbaycanda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirdi

  • Space TV
  • 4 Sentyabr 2020 17:46

Sabirabadda qətl hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, hadisə rayonun Qəzli kəndində qeydə alınıb.

Bildirilib ki, kənd sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızına bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun