Azərbaycanda 4 tona yaxın narkotik vasitə və psixotrop maddə müsadirə edilib

  • Space TV
  • 16 Fevral 2021 12:18

Ötən il Azərbaycanda müsadirə edilən narkotik vasitə və psixotrop maddənin miqdarı açıqlanıb.

Spacetv.az xəbər verir ki, 2020-ci ildə 3758,4 kiloqram narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Bu da 2019-cu ilin göstəricisindən 13,3 faiz çoxdur.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin və psixotrop maddələrin 2341,1 kiloqramını heroin, 904,5 kiloqramını marixuana, 277,9 kiloqramını tiryək, 65,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 1,3 kiloqramını kokain, 168,2 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Paylaş

 Xəbəriniz olsun