Azərbaycanda 28 yaşlı qadın oğurlandı

  • SpaceTV
  • 3 Oktyabr 2019 17:05

Qazax rayonunda 28 yaşlı qadını oğurlayan şəxs saxlanılıb.

SPACE TV-in xəbərinə görə, rayonun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.

Məlumata görə, həmyerlisi Hüseynxanov Vüsal Fədail oğlu onu zorla evlənmək məqsədilə qaçırdıb.

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş

 Xəbəriniz olsun