Azərbaycanda 278 nəfər deputatlığa namizədliyini geri götürüb

  • SpaceTV
  • 28 Yanvar 2020 10:55

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

SPACE TV Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən bildirir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 278 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1359 nəfərdir.

Paylaş

 Xəbəriniz olsun