Azərbaycanda 2050-ci ilə qədər havanın orta illik temperaturu AÇIQLANDI

  • Space TV
  • 8 Yanvar 2020 11:30

Azərbaycanda havanın orta illik temperaturu regiondan asılı olaraq baza dövrünə (1961-1990-cı illər) nisbətən təqribən 0.8-1.90 dərəcə artıb. Atmosfer yağıntılarının orta illik miqdarı isə əsasən azalıb.

SPACE TV-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun 2019-cu il üzrə illik hesabatında bildirilir.

Hesabata əsasən, Kür-Araz ovalığının bəzi rayonlarında azalma 12-15% təşkil edib, Abşeron yarımadasında və ondan şimalda yerləşən sahilboyu ərazidə isə o, az da olsa (2-3%) artıb. İlin isti dövründə yağıntıların miqdarı 3-17% azalıb.

İllik temperaturun artım sürəti 134 il ərzində 0.80-1.40 dərəcə olub, onilliklər üzrə isə artım sürəti təqribən 0.10 dərəcə təşkil edib. Atmosfer yağıntıları 125 il ərzində bəzi ərazilərdə azalıb ( Ağstafa – 88mm, Naxçıvan – 7 mm), Gəncədə isə 8 mm artıb.

Aparılmış hesablamalar əsasında 2050-ci ilə qədər havanın temperaturunun və atmosfer yağıntılarının qarşıdakı onilliklər müddətində gözlənilən qiymətləri verilib.

Havanın orta illik temperaturunun və atmosfer yağıntılarının gözlənilən qiymətləri

Məntəqəİllər
1961-1990(baza dövrü )203020402050
1.Ağstafa12,713,713,814,0
2.Gəncə13,414,514,614,7
3.Naxçıvan12,913,213,313,5
Məntəqəİllər
1961-1990(baza dövrü )203020402050
1.Ağstafa363315310300
2.Gəncə287270275280
3.Naxçıvan220240235230
Paylaş

 Xəbəriniz olsun