Azərbaycanda 2020-ci ildə antidopinq qayda pozuntularının sayı açıqlandı

  • Space TV
  • 22 Dekabr 2020 12:36

İl ərzində ilk dəfə 24 antidopinq qayda pozuntusu aşkarlanıb. 

Oxu.Az-ın xəbərinə görə, AMADA (Azərbaycan Milli Anti-Dopinq Agentliyi) bu gün hesabat açıqlayıb.

Boks (4), ağır atletika (3), cüdo (3), taekvondo (3), karate (3), velosiped idmanı (2), güləş (2), futbol (1), paracüdo (1), atletika (1) və samboda (1) il ərzində antidopinq pozuntuları müəyyənləşib.

Həmçinin, 11 dəfə məkan məlumatının təqdim edilməməsi (idmançının harda olduğunu bildirməməsi) və 10 dəfə isə buraxılmış test (idmançının testə gəlməməsi) halı olub.

Bunlar cüdo (3), futbol (3), karate (3), boks (2), ağır atletika (2), üzgüçülük (2), atletika (1), həndbol (1), voleybol (1), velosiped idmanı (1), güləş (1) və triatlonda (1) müşahidə edilib.

Paylaş

 Xəbəriniz olsun