Azərbaycanda 2 polis zabiti koronavirusdan vəfat etdi – RƏSMİ

  • SpaceTV
  • 6 İyul 2020 10:42

Azərbaycanda 2 polis əməkdaşı koronavirsudan ölüb.

space tv  xəbər verir ki, Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.

Məlumata görə, polis polkovnik-leytenantın ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Paylaş

 Xəbəriniz olsun