Azərbaycanda 17 yaşlı qız oğurlandı

  • SpaceTV
  • 24 Oktyabr 2019 13:52

Balakən rayonunda 17 yaşlı qız oğurlanıb.

SPACE TV xəbər verir ki, rayonun Qazma kəndində yaşayan 2002-ci il təvəllüdlü R.S. oğurlanıb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri zamanı qızın həmin kənd sakini 22 yaşlı Orxan Mustafayev tərəfindən oğurlandığı müəyyən edilib.

O.Mustafayevin axtarışına başlanılıb.

Paylaş

 Xəbəriniz olsun