Azərbaycanda 13 il ərzində 1530 nəfər valideynlik hüququndan məhrum edilib

  • SpaceTV
  • 19 Sentyabr 2019 17:12

Ötən il Azərbaycanda 128 nəfər valideynlik hüququndan məhrum edilib.

“Space” yazır ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.  Ümumilikdə 2005-2018-ci illər ərzində valideynlik hüququndan məhrum edilənlərin sayı 1530 nəfər olub. 2005-ci ildə 116, 2006-cı ildə 105, 2007-ci ildə 129, 2008-ci ildə 121, 2009-cu ildə 113, 2010-cu ildə 80, 2011-ci ildə 95, 2012-ci ildə 112, 2013-cü ildə 92, 2014-cü ildə 98, 2015-ci ildə 100, 2016-cı ildə 123, 2017-ci ildə 118, 2018-ci ildə isə 128 valideynlik hüququndan məhrum edilib.

Paylaş

 Xəbəriniz olsun