Azərbaycanda ətraf mühitə 4,5 milyon manat həcmində ziyan dəyib – RƏSMİ

  • Space TV
  • 16 Fevral 2021 16:58

2020-ci ildə ətraf mühitə dəymiş ziyanla bağlı məbləğ açıqlanıb.

Spacetv.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O deyib ki, ötən il ətraf mühitə dəymiş ziyanla bağlı 4,5 milyon manat həcmində iddia qaldırılıb.

Hikmət Əlizadənin sözlərinə görə, həmin məbləğdən 3,1 milyon manatdan artıq vəsait ödənilib:

“Bəzi işlər olur ki, iddia qaldırılır və məhkəmənin qərar çıxarılması ilə bağlı müddət tələb olunur”.

Paylaş

 Xəbəriniz olsun