Azərbaycanda ən çox hansı zonada koronavirusa yoluxma olub? – SİYAHI + FOTO

  • Space TV
  • 5 Yanvar 2021 16:02

Ölkə üzrə COVID-19-a yoluxmanın ən çox qeydə alındığı şəhərlərin statistikası açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib. 

Məlumata əsasən, koronavirusa yoluxma halları ilə bağlı ən yüksək göstərici 52,1 faizlə Bakı şəhərinin payına düşür. 

Yoluxma digər bölgələr üzrə Aran zonasında 13.4 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3 faiz, Lənkəranda 2,9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.43 faiz, Naxçıvanda yoluxma 0.04 faizdir.

Koronavirusa yoluxma hallarının 0,4 faizi isə ölkə xarici yoluxmaların payına düşür.

Xatırladaq ki, koronavirusa yoluxma üzrə aparılan araşdırmaya görə, virusa yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.

Paylaş

 Xəbəriniz olsun