Azərbaycanda əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

  • SpaceTV
  • 16 Sentyabr 2019 17:06

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 46 min 417 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 10 milyon 27 min 874 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Space-ə bildiriblər ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 116 nəfər olub.

Paylaş

 Xəbəriniz olsun