Azərbaycana səfər edən amerikalı turistlərin sayı 8 faiz artıb

  • SpaceTV
  • 31 Oktyabr 2019 12:25

Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ turistlərinin sayı 15 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 8 % artım deməkdir.

SPACE TV-in məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüşdə deyib.

Görüşdə xarici qonaqlar ABŞ-da Azərbaycan haqqında təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.

Görüş çərçivəsində diqqətə çatdırılıb ki, Bakı ABŞ-dan Asiyaya səyahət edənlər üçün qovşaq rolunu oynaya bilər.

Paylaş

 Xəbəriniz olsun