Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

  • Space TV
  • 17 Sentyabr 2020 10:54

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 5 fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar. 

Spacetv.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İdarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn, 2 ədəd “Mercedes-Benz”, “Volvo”, “Scania” və “Man” markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 7000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş

 Xəbəriniz olsun