Azərbaycana gələn avtobusda 17 milyon aşkarlandı

  • SpaceTV
  • 28 Oktyabr 2019 17:55

Dağıstan sərhədçilərə Azərbaycana gələn avtobusdan qeydiyyata alınmamış külli miqdarda pul aşkarlayıb. 

SPACE TV xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı respublikanın güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb. 

“Pullar Yaraq-Qazmalar sərhəd keçid məntəqəsindəki avtobusda aşkarlanıb. Ümumilikdə 17 milyon rubl (452 min AZN – red.) avtobusun müxtəlif yerlərində gizlədilib”, – məlumatda qeyd edilib. 

Bildirilib ki, pullar müsadirə edilib, avtobus cərimə meydançasına aparılıb, sürücü isə həbs edilib.

Paylaş

 Xəbəriniz olsun